Vilayət Eyvazovdan yeni təyinat
Səbail Rayon Polis İdarəsində yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Nazirliyin Baş istintaq və təhqiqat idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Röyal Hümbətov işdən azad olunub.
R.Hümbətov digər əmrlə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə rəis təyin olunub.












