Cəlilabadda kadr təyinatı

 20:40 02.02.2022     377

Cəlilabad Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, icra başçısı Rafiq Cəlilovun müvafiq sərəncamı ilə Şükürov Nazim Səyyadxan oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nazim Şükürov 7 yanvar 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, üç övladı var.

Rus və ingilis dillərini bilir. İqtisad üzrə fəlsəfə doktorudur.

Vumart və Güvən reklamı Vumart Güvən