Prezident Polad Həşimov barədə danışdı - VİDEO
Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.
Redaktor.az xəbər verir ki, Forumda iştirak edən Prezident İlham Əliyev gənclərin suallarını cavablandırıb.
İştirakçılardan Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova dövlət başçısına şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğı üçün təşəkkürünü bildirib.
Prezident İlham Əliyev isə şəhid Milli Qəhrəman haqqında çox yüksək fikirlər səsləndirib.
"Polad Həşimov - Milli Qəhrəmanımız öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur... Onun qanı yerdə qalmamalı idi və qalmadı. Onun qisasını biz döyüş meydanında aldıq və Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir. Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı, hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik", - deyə dövlət başçısı bildirib.
Prezidentin həmin çıxışını təqdim edirik:












