Jurnalist Azər Qismət infarkt keçirdi

 10:00 03.02.2022     610

Ötən gün səhəti pisləşərək xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunduğunu deyib.

“Azər Qismət özünü narahat hiss edən kimi həkim briqadası ilə Mərkəzi Klinik Xəstəxanasınına yerləşdirilib. Həkimlər infarkt keçirdiyini bildirib. Ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən