Neftçalada 40 manata görə atışma oldu

 12:07 03.02.2022     304

Neftçala sakinləri arasında atışma olub.

Redaktor.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  Neftçala Rayon Polis Şöbəsinə fevralın 1-də Ballıcallı kəndi ərazisində Salyan rayon sakini T.Fətullayevə tüfəngdən atəş açılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 19 radələrində T.Fətullayev idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Quliyevə verdiyi 40 manat borc pulu və gediş haqqını almaq üçün onun qayınatası, Ballıcallı kənd sakini N.Abbasovun yaşadığı evin həyətinə gəlib. Bu zaman N.Abbasov xuliqanlıq zəminində T.Fətullayevin istiqamətində tüfəngdən atəş açıb.

Xəsarət alan olmayıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə E.Quliyev və N.Abbasov saxlanılıb. N.Abbasovdan qanunsuz saxladığı "İJ-16" markalı tüfəng götürülüb.

Davam etdirilən tədbirlərlə E.Quliyevin yaşadığı evə baxış zamanı oradan heroin aşkar edilərək götürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən