Nazirliyin kabelini kəsib oğurladılar

 12:28 03.02.2022     248

Bakıda nazirliyə məxsus kabel kəsərək oğurlanıb.

Bu barədə Redaktor.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 20-də Görədil qəsəbəsi ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus 120 metr kabeli kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirsamir Mirbala oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən