Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus (COVİD-19) infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 18 nəfər COVİD-19-dan vəfat edib.












