Bu tarixi Müttəfiqlik və ya Qardaşlıq günü kimi də qeyd edək - Deputatdan TƏKLİF
"Fevralın 1-də Azərbaycan Milli Məclisi Şuşa Bəyannaməsini qanuniləşdirmişdi. Fevralın 3-də Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini qəbul etdi. Artıq rəsmən müttəfiqik. Türkiyəyə hücum Azərbaycana, Azərbaycana hücum Türkiyəyə hücum deməkdir. Bu halda bir-birimizin yardımına qoşmaq üçün heç bir hüquqi əngəl qalmadı".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Millət vəkili hesab edir ki, bu, böyük tarixi hadisədir.
"Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram günü olaraq qutlamağı təklif edirəm. Bizdə bu tarix Qurtuluş günü kimi rəsmi bayram olaraq qeyd olunur. Həm də Müttəfiqlik və ya Qardaşlıq günü kimi də qeyd edə bilərik. Müttəfiqliyimiz qardaşlığımız kimi əbədidir. Xeyirli olsun!", - deyə Fazil Mustafa bildirib.
T.İSMAYIL












