Bu il Lerikdə 7 yaşayış məntəqəsi qazlaşdırılacaq - RƏSMİ

 13:28 04.02.2022     435

“Lerik, Yardımlı rayonlarının qazlaşdırılma işlərinə 2005-ci ildən start verilib. Son 10 ildə Lerikdə 53 yaşayış məntəqəsi qazlaşdırılıb”.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib. O bildirib ki, bu il Lerikdə 7 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub:

“Statistik məlumatlara baxsaq görərik ki, Lerik rayonu digər rayonlarla müqayisədə qazlaşdırılan kəndlərin sayına görə ən öndə olan rayondur. Lerik, Yardımlı kimi rayonların əraziləri mürəkkəb coğrafi relyefinə görə fərqlənir. Orada tikinti işlərinin aparılması xeyli çətinliklər yaradır. Lakin buna baxmayaraq “Azəriqaz” tərəfindən mərhələli şəkildə bu işlər görülür. Bu il Lerikdə 7 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Bu ilin planında qazlaşdırma obyektlərinin sayına görə Lerik rayonu ikinci və ya üçüncü yerdə dayanır. Dırıq adlı ərazidə daha bir neçə kəndin qazlaşdırma işləri aparılacaq. Qazlaşdırma işləri mövcud maliyyə imkanlarına əsasən aparılır".

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən