Ərdoğanın Ukrayna səfərinin əsas məqsədi barədə AÇIQLAMA

 16:34 04.02.2022     806

Xəbər verdiyimiz kimi, dünən Kiyevdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında görüş baş tutub. Türkiyə lideri Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, ölkəsi Rusiya-Ukrayna gərginliyinə son qoymaq üçün əlindən gələni edəcək.

Maraqlıdır, Ərdoğan iki ölkəni barışdıra biləcəkmi?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirdi ki, Türkiyə Rusiya və Ukrayna arasında olan mövcud gərginliyi azaltmaq istəyir:

“Bu mövzu çox da açıqlanmır. Lakin verilən bəyanatlar və çıxışlardan belə qənaətə gəlmək olar ki, bu səfərin əsas məqsədi iki ölkəni barışdırmaqdır. Çünki həm Rusiya, həm Ukrayna ilə Türkiyənin geniş və dərin əlaqələri var. Bu mənada Türkiyənin bu imkanlardan istifadə etməklə gərginlik səviyyəsini azaltmaq istəməsi çox vacibdir. Ukrayna ətrafında olan gərginlik ümumi olaraq Rusiya ilə Qərb arasında olan gərginliyin bir nüsxəsidir. Lakin bu elə göstərilir ki, guya gərginliyə səbəb Ukraynadır. Amma artıq gərginlik mövzuları daha da konkretləşib”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən