Eldar Həsənov apellyasiya şikayəti verdi

 17:10 04.02.2022     558

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.

Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Valeh Mehrəliyev xəbər verib.

Vəkil bildirib ki, şikayət ərizəsində müvəkkili barəsində bəraət qərarı verilməsini istəyiblər. Həmçinin məhkəmədən onun əmlakları üzərindən həbsin götürülməsi xahiş olunub.

Vumart və Güvən reklamı Vumart Güvən