"Tezliklə pandemiya bitəcək" - Tanınmış həkimdən MÜRACİƏT
"Təəssüflər olsun ki, yenə hamı panikadadır! Əziz dostlar! Dəfələrlə müxtəlif müsahibələrdə demişəm, yenə deyirəm! Yoluxma sayı önəmli deyil! Rəqəmlər sizi qorxutmasın! Önəmli olan yoluxma sayı deyil, ağırlaşma sayıdır!".
Redaktor.az xəbər verir ki, bunu tanınmış həkim-radiloq Aydın Əliyev özünün feysbuk hesabında yazıb.
"Mən aktiv həkim işləyirəm, hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələr müayinə edirəm və real olaraq görürəm ki, son mutasiyalarda ağırlaşma sayı azdır! Demirəm arxayın düşün, demirəm qorunmayın, əlbəttə bunları edin, amma qorxmayın! Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək! Əmin olun! Qorxmayın! Hamı deyir ki, vay, bu gün 7000 yoluxma olub! Ay qardaş nə olsun? Hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, bəyəm qripə görə karantin edilir? Absurddur! Ağırlaşanlar müvafiq müalicə almalıdır! Yüngül xəstələr tezliklə sağalacaq! Qorxmayın! O2 Saturasiyası 95-dən çoxsa heç qorxmayın!", - deyə həkim əlavə edib.
Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı 7 min nəfəri keçib ki, bu da ölkəmizdə yoluxma sayında rekord göstəricidir.
T.İSMAYIL












