Vətən müharibəsi qazisi vəfat etdi

 15:45 05.02.2022     630

Vətən müharibəsi qazisi Məmişov İlqar Vaqif oğlu uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.

Redaktor.az xəbər verir ki, o, müharibə dövründə xərçəng xəstəliyinə tutulmuşdu.

İ.Məmişov ordudan tərxis olunandan sonra əməliyyat olunub kimyaterapiyadan keçsə də, bədənindəki şiş artmağa davam edib.

Qeyd edək ki, İ.Məmişov sentyabrın 29-da Vətən müharibəsinə qoşulub. O, Cəbrayıl, Xocavənd və Füzuli uğrunda döyüşlərdə iştirak edib.

Qazinin bir övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Vumart və Güvən reklamı Vumart Güvən