Güclü külək bu rayonun kəndlərini işıqsız qoydu

 20:43 05.02.2022     552

Güclü külək Qax rayonun beş kəndini işıqsız qoyub.

Redaktor.az xəbər verir ki, günorta saatlarından rayonun bəzi ərazilərində güclü küləklə müşahidə edilən hava şəraiti hökm sürür.

Güclü külək nəticəsində rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacı elektrik xəttinin üzərinə aşıb. Nəticəsində elektrik xətləri qırılıb. Bu səbəbdən rayonun Alatəmir, Turaclı, Marsan, Fıstıqlı və Cüdüllü kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən