"Azəriqaz" Şamaxıda “Açıq mikrofon” quracaq
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Şamaxı rayonu, Zarat Xeybəri kəndində keçiriləcək.
Bu barədə Redaktor.az-a "Azəriqaz"dan məlumat verilib.
Bildirilib ki, sosial problemlərin kompleks həllinə nail olmaq məqsədilə aksiya "Azərişıq" ASC ilə birgə təşkil olunacaq. Fevralın 8-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.












