"Tələbə krediti üçün müəyyən olunan bal həddi dəyişdirilə bilər" - Fond sədri
"Təhsil səviyyəsi üzrə təhsil tələbə krediti almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddi dəyişdirilə bilər".
Redaktor.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr və məsləhətləşmələr aparılır: "Bu, gələcəkdə müzakirə oluna biləcək mövzulardan biridir. Çünki kredit təhsil alan tələbələri deyil, eyni zamanda abituriyentləri də əhatə edir".
Qeyd edək ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli təhsil alan tələbələr üçün həmin hədd 300-700, magistr səviyyəsi üzrə 50-100, subbakalvr səviyyəsi üzrə isə 110-300 bal aralığı müəyyən edilib.












