Cavanşir Feyziyevin mandatının ləğvi üçün spikerə MÜRACİƏT ÜNVANLANDI
Bu gün bir qrup jurnalist tərəfindən deputat Cavanşir Feyziyevlə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlanıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, müraciətdə Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə əsasən, Cavanşir Feyziyevin deputat mandatının ləğv edilməsi ilə bağlı prosedur başladılmasının vacibliyi vurğulanıb.












