"AZGRANATA" MMC beynəlxalq sərgidə iştirak edir - FOTOLAR
Bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodexpo 2022” beynəlxalq qida sərgisi öz işinə başlayıb.
Redaktor.az xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti təmsil olunur.
Beynəlxalq sərgidə “Made in Azerbaijan” brendi altında təmsil olunan şirkətlərdən biri də "AZGRANATA" MMC-dir. Şirkətin istehsal etdiyi alkoqollu içkilər “Eksposentr” sərgi kompleksinin ərazisində 2-ci pavilyon, zal 3-də sərgi iştirakçılarına təqdim olunur.
Qeyd edək ki, fevralın 11-dək davam edəcək sərgidə 115 ölkədən 65 000-dən çox qida sənayesi mütəxəssisi bir araya gələcək.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edəcəklər.



.jpg)

.jpg)

.jpg)










