Deputatdan Prezidentin fərmanına maraqlı reaksiya - “Oy nə gözəl, nə gözəl”

 18:08 07.02.2022     1234

Prezident İlham Əliyev sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Redaktor.az xəbər verir ki, BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev açıqlamasında sərəncamı belə qarşılayıb: 

“Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna da. Xeyir xəbər olasan”. 

Rüfət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi tam doğru addımdır:

“Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam” (qaynarinfo.az).

Vumart və Güvən reklamı Vumart Güvən