"Azəriqaz" yanında İctimai Şuraya yeni sədr SEÇİLDİ

 18:23 07.02.2022     2411

Bu gün "Azəriqaz" İB yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib.

Belə ki, Şuranın 18.01.2022-ci il tarixdə keçirilmiş iclasında Xəyal Bəşirov işinin çox olmasını əsas gətirərək Şuranın sədrliyindən istefa vermişdi. Bu günkü səsvermənin nəticəsi olaraq “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən