ADU müsabiqə elan etdi
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu çinşunas tələbələri və Çin dili kurslarının dinləyicilərini diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş “İlin heroqlifi” tarixi-linqvistik müsabiqəsində iştiraka dəvət edir.
Bu barədə Redaktor.az-a ADU-dan bildirilib.
Müsabiqə iştirakçıları Azərbaycan-Çin münasibətlərinin otuz illik tarixindən bir və ya bir neçə il üçün “İlin heroqlifi”ni seçməyə dəvət olunurlar. “İlin heroqlifi” müvafiq ilin Azərbaycan- Çin münasibətləri tarixində ən mühüm hadisəni xarakterizə etməlidir.
Seçilmiş “İlin heroqlifi” tarixi hadisə haqqında izahlı mətnlə ilə 20 mart 2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanında qəbul edilir.
Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, elan olunmuş müsabiqənin məqsədi tələbələrin Çin dili və Azərbaycanla - Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə marağı dəstəkləməkdir.












