Rüstəm Əbülfətoğlu MEDİA-dan getdi

 12:49 08.02.2022     1567

Jurnalist Rüstəm Əbülfətoğlu (Əhmədov) Medianın İnkişafı Agentliyindəki (MEDİA) vəzifəsindən ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə özü məlumat verib.

Belə ki, o, Agentliyin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsindən öz xahişi ilə çıxıb.

Qeyd edək ki, R.Əbülfətoğlu bu vəzifəyə ötən il təyin olunmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən