"Azəriqaz" rəhbərliyi Xaçmazda sahibkarlarla görüşəcək

 16:53 08.02.2022     1294

"Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan daxil olan məlumatda bildirilir.

Qeyd olunub ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xaçmaz rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Xaçmaz şəhəri, Çənlibel parkı, Bayraq muzeyinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” fevralın 10-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən