"Qaydalara etinasız yanaşan vətəndaşlar var" - DİN-dən maska XƏBƏRDARLIĞI

 12:28 09.02.2022     28137

Artıq iki ildir ki, pandemiya şəraitində yaşayırıq. Lakin təəssüf ki, cəmiyyətdə hələ də ən sadə gigiyena qaydalarına əməl edilmir. Son günlər yoluxma sayında qeydə alınan rekord rəqəmlər isə ciddi narahatlıq yaratmasına baxmayaraq, hələ də ictimai nəqliyyatda, marketlərdə, iri ticarət mərkəzlərində - "Binə" və "Sədərək"də maska taxmayanların və ya maskadan düzgün istifadə etməyənlərin sayı kifayət qədərdir. 

Bəs polis Nazirlər Kabineti yanında Operativ Qərargahın qapalı yerlərdə tibbi maskadan isifadə ilə bağlı qərarına nəzarət edirmi?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Redaktor.az-ın bu barədə sualına cavab olaraq bildirdi ki, tibbi maska ilə bağlı profilaktik tədbirlər keçirilir:

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan normaya əsasən qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməlidir. Tibbi maskadan istifadə etməyən şəxslər əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən aşkarlandığı zaman onlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbirləri görülməsi təmin edilir. Bu istiqamətdə əsas diqqət iri ticarət mərkəzlərində, ictimai nəqliyyatda, metro stansiyalarına yönəldilib. Lakin müəyyən neqativ hallar var. Bəzi hallarda ayrı-ayrı vətəndaşlar bu qaydalara əməl etmirlər. Qaydalara etinasız yanaşan vətəndaşlar var. Belə hallar aşkar edildikdə müvafiq tədbirlərin görülməsi təmin edilir. Tövsiyə edirik ki, vətəndaşlar pandemiya şəraitində qaydalara ciddi şəkildə əməl etsin”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən