Bu xəstəxananın vəzifəli şəxsləri barədə ARAŞDIRMA BAŞLADI
“İmişli Rayon Mərkəzi Xəstəxanası”nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı araşdırma aparılıb.
Redaktor.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı xəstəxananın 01.01.2018-ci il tarixdən 25.05.2021-ci il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam edir.












