Türkiyə ilə qarşılıqlı icbari tibbi sığorta istiqamətində iş aparılır - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edəcəyini bildirib.
Maraqlıdır, Türkiyə ilə qarşılıqlı şəkildə icbari tibbi sığorta mexanizmi necə qurulacaq?
Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirdi ki, bu layihə gələcəkdə baş tutacaq:
"Yəni belə bir plan var. Hazırda bu istiqamətdə işlər gedir. Layihənin detalları hələlik müəyyənləşməyib. İctimaiyyətə verilən məlumatlar hələlik bu qədərdir. Zaur Əliyev çıxışında ümumi şəkildə məlumat verib".
Şəbnəm Mehdizadə












