Qənirə Paşayevaya medal verildi - FOTO
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə təltif olunub.
Redaktor.az xəbər verir ki, millət vəkili özünün feysbuk hesabında bununla bağlı Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edib.
"Özəlliklə vurğulamaq istərdik ki, ali dövlət rəhbərliyinin tövsiyyə və tapşırıqlarına uyğun olaraq, Gömrük Komitəsi şəhid ailələri üzvlərinin, qazilərimizin işlə təminatı sahəsində fəal mövqe tutan dövlət qurumlarımızdandır. Bu mövzuda Milli Məclisin Mədəniyyət komitəsinə edilən müraciətlər əsasında Dövlət Gömrük Komitəsinə ünvanlanan məktubların, demək olar, hamısı müsbət cavablandırilmışdır. Komitənin rəhbərliyinə belə nəcib, xeyirxah qərarlarına gorə bir daha təşəkkür edirik", - deyə Qənirə Paşayeva yazıb.













