"Görməyəndə görür, eşitməyəndə eşidir" - Polisin gündəlik təlimatı
“Nəzakətlilik, intizam, səmimiyyət - görməyəndə görür, eşitməyəndə eşidir. Bu məqsədlə vəzifələrin yerinə yetirilməsində şəxsi heyətin mənəvi, fiziki hazırlığı və xidmət intizamı diqqət mərkəzində saxlanılır”.
Redaktor.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev özünün feysbuk hesabındaa yazıb.
"Polisin gündəlik təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli və nəzakətli olması, qanunvericiliyin tələblərinə uyğun davranmasına önəm verilir", - deyə DİN rəsmisi bildirib.












