"Azəriqaz" rəhbəri canlı yayımda sualları cavablandıracaq

 12:53 10.02.2022     338

"Azəriqaz" İB-nin inzibati binasında növbəti “Açıq qapı" aksiyası 11 fevral saat 11:00-da başlayacaq.

Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.

Qeyd olunub ki, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Cari ilin yanvar ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən