2 yaşlı uşaq dövlət nəzarətinə götürüldü

 18:00 10.02.2022     316

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Nərimanov rayonunda baxımsız qalan iki yaşlı körpə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu faktla bağlı quruma müraciətin daxil olduğunu bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi də məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda Daxili İşlər Nazirliyinə müraciət edib.

Bundan sonra uşağın yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, uşağın anası Belarus vətəndaşıdır, atası isə tüfeyli həyat tərzi sürür.

Bu səbəbdən uşaq oradan götürülüb və müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Həmçinin azyaşlı dövlətin nəzarətinə götürülüb.

Hazırda körpənin müayinələrinə başlanılıb (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən