Magistraturaya sənəd qəbulunun vaxtı uzadıldı

 18:53 10.02.2022     717

2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.

Redaktor.az  Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi. Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.

Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi - 15007 ; rus bölməsi - 1373) ərizəsi qəbul edilib.

Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.

 

Vumart və Güvən reklamı Vumart Güvən