Prokuror işdən çıxarılmayıb - RƏSMİ

 19:58 10.02.2022     281

Baş Prokurorluq Masallı rayonunun prokurorunun işdən çıxarılması barədə xəbərlərlə bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, qurumun açıqlamasında deyilir:

“Bəzi kütləvi informasiya vasitələrində Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı  informasiyalar yayılıb.

Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

Vumart və Güvən reklamı Vumart Güvən