Sabahın havası AÇIQLANDI

 12:32 11.02.2022     531

Azərbaycanda fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Redaktor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 9-12° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-3° şaxta olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən