"Əvvəlki illərdə gördüyümüz işlərin istiqaməti və hədəfləri düzgündür" - Ruslan Əliyev
"Əvvəlki illərdə gördüyümüz işlərin istiqaməti və hədəfləri düzgündür. Bunu nəticəsidir ki, biz 2022-ci ilə uğurlu şəkildə başlaya bilmişik”.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev media və QHT nümayənləri üçün təşkil olunan “Açıq qapı” aksiyası zamanı məlumat verib.
Baş direktor qeyd edib ki, yanvar ayında böyük həcmdə qaz satşı həyata keçirilməsinə baxmayaraq ümumi ödəniş səviyyəmiz 91 faiz təşkil edib. Əhali sektoru üzrə bu göstərici 95, qeyri əhali üzrə isə 87 faiz olub.
Həmçinin, 5903 yeni abonent qeydiyyata alınıb. Onlardan 5639-u əhali, 262-i isə qeyri-əhali sektoru üzrədir.
Ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 abonent olub. Bu da ümumi abonentlərin sayının 2,1 faizini təşkil edir. Abonentlərin 97 %-i 1 200 kubmetrlik limit həcmini keçməyib.
R.Əliyev deyib ki, ötən ay ümumilikdə 14 765 ədəd sayğac dəyişdirilib.
O, həmçinin qeyd edib ki, ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərinin çəkilməsinə start verilib.
Şəbnəm Mehdizadə












