“COVID-19” pasportu olmayanlar toylara buraxılmadı

 09:23 12.02.2022     259

Fevralın 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib.

Redaktor.az DİN-ə istinadən xəbər verirki, monitorinq 170 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 59 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən