Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

 09:52 12.02.2022     276

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Redaktor.az xəbər verir ki, rayon sakini N.Əzizovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən