"Bəy İnal"ın müəllifi vəfat etdi - FOTO
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əfqan Əsgərov bu gün vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə mərhumun yaxınları məlumat verib.
Mərhumun cənazəsi bu gün saat 12-də H.Seyidbəyli küçəsi 30 ünvanından götürüləcək.
Dəfn Yasamal qəbiristanlığında olacaq.
Qeyd edək ki, Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub.
"Bəy İnal", "Qartal əfsanəsi", "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Şahlar Şahı", "Cənnətməkan" kimi əsərləri olan yazıçı daha çox "Bəy İnal" romanı ilə tanınırdı.
Allah rəhmət eləsin.













