"Ad günü", yoxsa "doğum günü"?

"Dəyərli dostlar, əgər kimisə doğulduğu gün münasibətilə təbrik edirsinizsə, sadəcə "doğum günün mübarək" yazın, yaxud deyin".
Redaktor.az xəbər verir ki, bunu "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli özünün feysbuk hesabında yazıb.
O, qeyd edib ki, "Ad gunun mübarək" deyimi yanlışdır:
"Körpəyə hətta dünyaya gəlməmişdən öncə də valideyinləri tərəfindən ad qoyula bilər, yaxud doğulduqdan bir neçə gün sonra...".
Elçin Mirzəbəyli qeyd edib ki, "ad günü" bir zamanlar ruslardan - pravoslav xristianlardan götürülmüş və yerində istifadə olunmayan ifadədir:
""Ad günü" xristian müqəddəsləri və xaç suyuna çəkilmə mərasimi ilə bağlıdır. Məsələn, əgər körpə kilsə tərəfindən bayram kimi qeyd olunan "müqəddəs Tatyana" günü xaç suyuna çəkilirsə və onun adını "muqəddəs"in şərəfinə Tatyana qoyurlarsa, sonradan həmin gün "ad günü" kimi qeyd olunur. Amma şəxsin doğum gününü, hətta pravoslavlar da öz adı ilə çağırırlar: "Дen rojdeniya" (день рождения - doğum günü). "Ad günü" isə "den rojdeniya" yox, "den imeninnika" (день именинника или именинницы) mənasını verir".
T.İSMAYIL