AZGRANATA məhsulları daha bir beynəlxalq sərgidə nümayiş olunacaq

 15:46 13.02.2022     1268

Azərbaycanın qeyri-neft məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Gulfood 2022” beynəlxalq ərzaq sərgilərində nümayiş etdirilir.

Redaktor.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti, 13-17 fevral tarixlərində keçiriləcək “Gulfood 2022” sərgisində vahid ölkə stendi ilə təmsil olunur.

Hər il olduğu kimi bu il də “AZGRANATA” MMC həmin beynəlxalq sərgidə öz məhsullarını sərgiləyir. “AZGRANATA” MMC-dən verilən məlumatda qeyd edilir ki, bu kimi sərgilərdə Azərbaycan sahibkarları xarici iş adamları ilə yeni əməkdaşlıq əlaqələri qurmaq, məhsulların ixracına dair müzakirələr aparmaq imkanı əldə edirlər.

Bir 2 nəfər və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar, içki və içəridə şəkili ola bilər

Vumart və Güvən reklamı Vumart Güvən