Güclü külək məktəbin dam örtüyünü uçurdu - FOTO
Fevralın 13-də günorta saatlarında güclü külək nəticəsində Səbail rayonu, 20-ci sahə ərazisində yerləşən 162 nömrəli tam orta məktəbin dam örtüyünün kənarlarında olan üzlük daşların bir hissəsi qoparaq düşüb.
Şahidlərin Redaktor.az-a verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, bu gün bazar günü olduğundan məktəbdə dərs keçirilmir.













