Nazirlik səs yazısı yayılan direktorla bağlı açıqlama verdi

 17:59 14.02.2022     488

Təhsil Nazirliyi bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru barədə açıqlama verib.

Redaktor.az xəbər verir ki, nazirlikdən "apa"ya bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir.

"İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək" - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, məktəb direktoru Mətanət Məmmədova səs yazısında müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib. Müəllim isə pulu vermək üçün imkanının olmadığını bildirib. Daha sonra direktor müəllimi otaqdan qovaraq, məsələ barədə danışacağı təqdirdə başına oyun açacağı ilə hədələyib.

Vumart və Güvən reklamı Vumart Güvən