Ramiz Mehdiyev İSTEFA VERDİ
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Redaktor.az bu barədə "apa"ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
M. Mərdanov deyib ki, R.Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.
AMEA-nın vitse-prezindeti Rasim Əliquliyev isə bildirib ki, Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.
O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:
“Ramiz Mehdiyev bildirib ki, sabah cənab prezidentə ərizəsini göndərəcək. O akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.












