Rüşvət tələb edən məktəb direktoru barədə qərar veriləcək
Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsini işdən çıxarılması barədə məlumat yayılıb.
Redaktor.az xəbər verir ki, məktəb direktoru Mətanət Məmmədova artıq işə çıxmır..
Təhsil Nazirliyindən isə bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir:
“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılıb (oxu.az).












