Rüşvət istəyən direktora cinayət işi açılacaq? - RƏSMİ AÇIQLAMA

 12:56 15.02.2022     1370

Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın tutduğu vəzifədən çıxarılması barədə məlumat yayılıb.

Bəs görəsən Mətanət Məmmədovaya rüşvət tələb etməsi ilə bağlı cinayət işi də açılacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, həmin direktor hazırda bülletendədir:

“Bizə verilən məlumata görə o, ev şəraitində müalicə alır. Həmin şəxsə cinayət işinin açılması ilə bağlı heç bir söz deyə bilmərəm. Məsələ araşdırılacaq. Faktlar və detallar müzakirə edilib, təhlil olunduqdan sonra bu barədə müvafiq qərar veriləcək”.

Məsələ ilə bağlı Ağstafa Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluq işçisi bildirdi ki, hələlik bu barədə məlumat yoxdur:

"Yəqin ki, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən