"Azərbaycanda həkimlərin işə qəbulu qaydası kökündən dəyişdirilir" - Əhliman Əmiraslanov

 12:18 15.02.2022     692

Regionlarda həkim çatışmazlıgı böyük problemdir. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri deputat Razi Nurullayevin bölgələrdə həkim çatışmazlıgı ilə baglı fikirlərini təsdiqləyib. 

“Həkimlərin işə qəbul olunması qaydası kökündən dəyişdirilir. Bölgələrdə həkimlərin işə qəbulu orada yerləşən tibb müəssisələrinin ixtiyarına verilir”.
Onun sözlərinə görə, yeni mexanizmdən sonra həkim çatışmazlığı problemi aradan qaldırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən