"Azəriqaz" Tovuzda sahibkarlarla görüşəcək
"Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Redaktor.az xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Tovuz rayonunda təşkil olunacaq.
"Azəriqaz" rəhbər şəxsləri Tovuz rayonu, Qovlar qəsəbəsi, Gənclər evində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” fevralın 16-da saat 15:00-dən 16:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təkif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.












