Ramiz Mehdiyev nəhayət danışdı: “Bunların hamısı boş söhbətdir”- VİDEO

 20:22 15.02.2022     629

Xəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Redaktor.az xəbər verir ki, R.Mehdiyev istefa verməyinə baxmayaraq, bu gün işə gəlib.

"Baku TV" əməkdaşları həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşublar.

O, isə öz növbəsində deyib ki, dünən istefasını ictimaiyyətə açıqlayıb. 

“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimin başında olacam”, – R.Mehdiyev qeyd edib.

Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən akademik belə şeylərə fikir vermədiyini söyləyib:

"Bunların hamısı boş-boş söhbətlərdi". 

Vumart və Güvən reklamı Vumart Güvən