Sülhməramlılar Qarabağda erməni şagirdlərə təlim keçir

 14:31 17.02.2022     457

"Rusiya sülhməramlıları “Sülhməramlının dərsi” maarifləndirici kampaniyası zamanı Dağlıq Qarabağın Martuni (Xocavənd - red.) rayonunun Qırmızı Bazar kənd orta məktəbində interaktiv dərs keçirib".

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Rusiya sülhməramlı kontingentinin sözçüsü İvan Sokorevin sözlərinə görə, uşaqlara əvvəllər döyüş əməliyyatlarının aparıldığı ərazilərdə, çoxlu sayda partlayıcı əşyaların olması səbəbindən olma təhlükəsinin artmasından və ilkin tibbi yardımın necə göstərilməsindən danışılıb.

Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 2020-ci il noyabrın 10-da Moskva vaxtı ilə saat 00:00-dan etibarən Azərbaycan və Ermənistan arasında tam atəşkəs elan edilib və bütün hərbi əməliyyatlar dayandırılıb.
Azərbaycanın Qarabağ bölgəsində atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən