Qarabağ qazisinə qarşı dələduzluq edən SAXLANILDI

 15:55 17.02.2022     1531

Bakıda Qarabağ qazisinə qarşı dələduzluq edilib.

Redaktor.az xəbərverir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Famil Quliyev Binə qəsəbəsində 2 sot torpaq sahəsini Qarabağ qazisi Nazim Kazımova satacağına yalandan vəd verərək onun 5 min 670 manat pulunu alıb.

Daha sonra o, vədinə əməl etməyib.

Hadisə ilə bağlı N.Kazımov Suraxanı Rayon Polis İdarəsinə müraciət edib. F.Quliyev saxlanılıb və törətdiyi əməldən peşman olduğunu bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən