Akademiyaya rəhbərlik bu şəxsə tapşırılacaq
"Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi qərar qəbul edib ki, fevralın 19-da saat 12.00-da Akademiyanın ali idarəetmə orqanı olan Ümumi Yığıncaq çağırılsın”.
Redaktor.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bildirib.
Onun sözlərinə görə, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin AMEA-nın Birinci vitse-prezidenti Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.












